Yığmalarımız Avropa çempionatında yarışacaq
23.07.2024 - 19:24
Yığmalarımız Avropa çempionatında yarışacaq

Çimərlik voleybolu üzrə 20 yaşadək qızlardan və oğlanlardan ibarət komandalarımız Avropa çempionatında iştirak edəcəklər.

Apasport.az xəbər verir ki, yarış Polşanın Mislovitse şəhərində keçiriləcək.

İyulun 25-dən 28-nə kimi davam edən çempionatda ölkəmizi bir qız (Səbinə Əlizadə/Lizi Latsabidze) və bir oğlan (Nəriman Bayramlı/Muhammad Aslanlı) komandası ilə təmsil edəcək.

Qeyd edək ki, hər iki komandamız yarışa təsnifat mərhələsindən qoşulacaq.

0