Yüksək Liqa: “Azərreyl” məğlub oldu
23.01.2025 - 18:47
Bu gün kişi voleybolçular arasında Yüksək Liqada VII turun oyunu keçirilib.
Apasport.az xəbər verir ki, turun son qarşılaşması “Azərreyl” və “Murov Az Terminal” komandaları arasında olub.
GİN-nin Voleybol Mərkəzində baş tutan görüş “Murov Az Terminal”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Yüksək Liqa
VII tur
“Azərreyl” - “Murov Az Terminal” 0:3 (22:25, 20:25, 25:27)
Qeyd edək ki, kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları 29-30 yanvar tarixində keçiriləcək.
- Bakıda voleybol məşqçiləri üçün beynəlxalq kurs keçirilir
- "Gəncə"də yeni müqavilə
- Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Ankarada yoxlama oyunları keçirəcək
- FIVB-nin məşqçi-instruktoru Cengiz Akarçeşme Azərbaycan yığmasının üzvləri ilə görüşüb
- Azərbaycan yığmasının Avropa Liqası üçün heyəti açıqlanıb
0
0