Yüksək Liqa: IV tura start verilir
24.11.2025 - 09:18
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV tura bu gün start veriləcək.
Apasport.az xəbər verir ki, turun ilk oyun günündə bir görüş baş tutacaq.
"Milli Aviasiya Akademiyası" "Azərreyl"lə üz-üzə gələcək.
Görüş "Milli Aviasiya Akademiyası"nın idman zalında, saat 17:00-da start götürəcək.
Qeyd edək ki, tura noyabrın 26-da yekun vurulacaq.
0
0