Yüksək Liqa: IV tura yekun vurulub
28.11.2025 - 19:57
Yüksək Liqa: IV tura yekun vurulub

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV tura yekun vurulub.

Apasport.az xəbər verir ki, son oyun günündə "Gənclər" kollektivi ilə üz-üzə gələn "Murov Az Terminal" rəqibini 3:1 hesabı ilə üstələyib.

Qarşılaşma "Murov Az Terminal"ın idman zalında keçirilib.

Qeyd edək ki, daha əvvəl keçirilən oyunlarda "Ordu" "Azərreyl"i (3:1), "Neftçi" isə "Xilasedici"ni (3:0) üstələyib.