Yüksək Liqa: “Neftçi” və “Azərreyl”dən inamlı qələbə
05.03.2025 - 21:59
Yüksək Liqa: “Neftçi” və “Azərreyl”dən inamlı qələbə

Kişi voleybolçular arasında Yüksək Liqada XIV turun oyunları keçirilib.

Apasport.az xəbər verir ki, bütün görüşlər eyni gündə baş tutub.

GİN-in Voleybol Mərkəzindəki ilk matçda MOİK və “Azərreyl” üz-üzə gəlib. Görüş "dəmiryolçular"ın "quru hesablı" qələbəsi ilə başa çatıb.

Liderlərin duelində “Murov Az Terminal”la “Xilasedici” qarşılaşıb. Oyun gərgin mübarizə şəraitində keçib. Lider 2:3 hesabı ilə uduzub.

Tura “Neftçi” - “Gənclər” oyunu ilə yekun vurulub. "Ağ-qaralar" bu qarşılaşmada çətinlik çəkməyiblər.

Yüksək Liqa (Kişilər)
XIV tur

5 mart

14:00. MOİK - “Azərreyl” - 0:3 (19:25, 11:25, 19:25)

16:00. “Murov Az Terminal” - “Xilasedici” - 2:3 (24:26, 25:19, 21:25, 25:17, 13:15)

18:00. “Neftçi” - “Gənclər” - 3:1 (25:18, 25:15, 23:25, 25:22)