Yüksək Liqa: "Neftçi" "Xilasedici"ni qəbul edəcək
27.11.2025 - 12:19
Yüksək Liqa: "Neftçi" "Xilasedici"ni qəbul edəcək

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV turun iki matçı keçiriləcək.

Apasport.az xəbər verir ki, "Neftçi" saat 16:00-da "Xilasedici"ni qəbul edəcək.

Saat 18:00-da isə "Ordu" "Azərreyl"lə üz-üzə gələcək.

Hər iki görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.

Qeyd edək ki, tura noyabrın 28-də yekun vurulacaq.