Yüksək Liqada növbəti oyunların vaxtı açıqlandı
26.02.2024 - 16:39
Yüksək Liqada növbəti oyunların vaxtı açıqlandı

Qadın və kişi voleybolçuların Yüksək Liqasında növbəti oyunların vaxtı bəlli olub.

Apasport.az xəbər verir ki, fevralın 27-də qadın voleybolçuların çempionatında XV tura start veriləcək.

UNEC Gənclər və İdman Nazirliyinin (GİN) Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək. Görüş saat 17:00-da başlayacaq.

Fevralın 28-də lider “Azərreyl” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan “Abşeron”u sınağa çəkəcək. Voleybol Mərkəzində baş tutacaq matçın start fiti saat 15:00-da səslənəcək. Tura eyni gündə, saat 17:00-da başlayacaq “Gəncə” - “Murov Az Terminal” görüşü ilə yekun vurulacaq.

Kişi voleybolçuların Yüksək Liqasında isə “Neftçi” “Azərreyl”in qonağı olacaq. Voleybol Mərkəzində oynanılacaq qarşılaşma saat 18:00-da start götürəcək.

Bir gün sonra MOİK eyni məkanda “Murov Az Terminal”la qarşılaşacaq. Oyun saat 15:00-da başlayacaq.

0