İlkay Gündoğan "Mançester Siti"yə qayıdıb
23.08.2024 - 14:38
İlkay Gündoğan "Barselona"da keçirdiyi 1 ilin ardından "Mançester Siti"yə geri qayıdıb.
Apasport.az xəbər verir ki, "şəhərlilər" 33 yaşlı yarımmüdafiəçinin transferi üçün heç bir ödəniş etməyib.
İlkay yeni mövsümü keçmiş klubunda keçirəcək. Onun müqaviləsi 2025-ci ildə başa çatacaq.
Qeyd edək ki, türk əsilli alman futbolçu 15 milyonluq transfer dəyəri ilə "Mançester Siti"nin ən dəyərli ödənişsiz transferi olub.
0
0