Alban futbolçu cəzalandırıldı
23.06.2024 - 18:25
![Alban futbolçu cəzalandırıldı](https://apasport.az/storage/news/2024/june/23/big/667832ec87b01667832ec87b021719153388667832ec87aff667832ec87b00.jpeg)
AVRO-2024-də Albaniya yığmasının futbolçusu Mirlind Daku 2 oyun diskvalifikasiya olunub.
Apasport.az xəbər verir ki, bunu səbəb onun irqçi fikirlər söyləməsidir.
Çempionatın 2-ci turunun Albaniya – Xorvatiya görüşündən sonra Daku serblərə və şimali makedonların ünvanına təhqiredici ifadələr işlədib. UEFA tərəfindən araşdırma aparılıb və 26 yaşlı futbolçu 2 oyun cəzalandırılıb. O, qrup mərhələsinin 3-cü turunda İspaniya ilə oyunu və komanda 1/8 finala yüksələrsə bu mərhələnin matçını kənardan izləyəcək.
0
0