Mert Müldürün qolu turun ən yaxşısı seçildi
22.06.2024 - 16:23
![Mert Müldürün qolu turun ən yaxşısı seçildi](https://apasport.az/storage/news/2024/june/22/big/6676c278d85ec6676c278d85ed17190590646676c278d85ea6676c278d85eb.jpg)
Almaniyada keçirilən Avropa çempionatında qrup mərhələsinin I turunun ən yaxşı qolu bəlli olub.
Apasport.az xəbər verir ki, Türkiyə millisinin futbolçusu Mert Müldürün Gürcüstan seçməsinin qapısından keçirdiyi top ən yaxşı seçilib.
“Fənərbaxça”nın üzvü 25-ci dəqiqədə vurduğu baxımlı qolla matçda hesabı açmışdı.
“Ay-ulduzlular”ın digər futbolçusu Arda Gülərin qolu isə üçüncü sırada yer alıb.
Qeyd edək ki, görüş Türkiyə yığmasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
0
0