Daha bir referimiz "A" kateqoriyalı hakim statusu aldı
27.02.2024 - 14:08
Polşanın paytaxtı Varşava şəhərində hakimlər üçün “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim adının alınması üçün imtahan keçirilib.
Apasport.az xəbər verir ki, imtahanda Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər heyətinin üzvü Rəşad Əliyev də iştirak edib.
Hakimlər nəzəri hissəyə dair imtahan veriblər.
Daha sonra, 24-25 fevralda keçirilən cüdo üzrə böyüklər arasında Açıq Avropa turnirində görüşləri idarə edərək praktiki imtahan veriblər.
Həm nəzəri, həm də praktiki imtahanı yüksək nəticə ilə keçən Rəşad Əliyev “A” kateqoriyalı yüksək hakimlik lisenziyasını əldə edib.
- Azərbaycan Karate Federasiyasının rəhbərliyi millinin üzvləri və məşqçilərlə görüş keçirib
- “Şkendiya”nın baş məşqçisi: “Söhbət son dərəcə ciddi komandadan gedir”
- Millimiz Avropa Kubokunda mübarizəyə başlayır
- Meksika millisinə yeni baş məşqçi təyin olundu
- Konate: "Qalatasaray"a uduzmağımız sürpriz olmadı"
0
0