Niderland - Türkiyə matçının hakimi bəlli olub
04.07.2024 - 12:42
![Niderland - Türkiyə matçının hakimi bəlli olub](https://apasport.az/storage/news/2024/july/04/big/6686605bad0346686605bad03517200825236686605bad0316686605bad033.jpg)
AVRO-2024-ün 1/4 final mərhələsi çərçivəsində keçiriləcək Niderland-Türkiyə matçının hakimləri bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumata görə, turun bu matçını fransalı hakim Kleman Turpin idarə edəcək.
Turpinə Nikolas Danos və Benjamin Peyks kömək edəcək. Matçın 4-cü hakimi Feliks Zveyer, VAR hakimi isə Cerom Brisard olacaq.
Klement Turpin 2024-cü il Avropa çempionatında indiyədək 2 matç idarə edib. O, turnirin açılış matçında Almaniya - Şotlandiya, eləcə də İngiltərə - Sloveniya matçında iştirak edib.
0
0