![2263 günlük həsrətə son](https://apasport.az/storage/news/2023/november/17/big/6557033e47a6c6557033e47a6d17002012786557033e47a6a6557033e47a6b.jpg)
Azərbaycan millisi seçmə mərhələlərdə keçirdiyi ev oyunlarındakı qələbə həsrətinə son qoyub.
Apasport.az xəbər verir ki, yığmamız 2263 gündən sonra doğma azarkeşlər önündə sevinib.
Canni de Byazinin yetirmələri AVRO-2024-ün seçmə oyununda İsveçi 3:0 hesabı ilə məğlub edib. Bunadək son ev qələbəsi DÇ-2018-in seçmə mərhələsində qeydə alınmışdı.
2017-ci il sentyabrın 5-də San-Marinonu qəbul edən millimiz 5:1 hesablı qələbəyə sevinib. İki böyükhesablı qalibiyyəti ayıran 2263 gündə isə uğur yığmadan üz döndərib.
Bu müddətdə milli 12 ev qarşılaşmasını qələbəsiz bitirib. DÇ-2018-in bir, AVRO-2020-nin və DÇ-2022-nin hərəsində dörd, AVRO-2024-ün üç qarşılaşmada 3 xal həsrəti yaşanıb.