
Avrokubokların pley-off mərhələsindən sonra klubların UEFA reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan klublarından yalnız biri “Top-100”də yer alıb.
Bu, son ölkə çempionu “Qarabağ”dır. Qurban Qurbanovun yetirmələri Avropa Liqasının pley-offunda Sloveniya təmsilçisi “Olimpiya”nı mübarizədən kənarlaşdırıb – 2:0, 1:1.
Bununla da turnirin qrupuna düşən “Qarabağ” xallarının sayını 25,000-a çatdırıb. Ağdamlılar 1 pillə irəliləyişə nail olub.
Siyahıda 61-ci olan “Qarabağ” bu mövqeni “Slovan”la (Slovakiya) bölüşür. Təmsilçimiz bunadək şərik olduğu üç komandanı - “Molde”, “Fənərbaxça” və PAOK-u geridə qoymaqla irəliləyib.
Digər komandalarımız isə aşağı sıralarda yer alıb. “Neftçi” 10,000 xalla 135-ci, “Qəbələ” 4,500 xalla 271-ci yerdə qərarlaşıb. 3,375 xalı olan digər klublarımız 334-cü yeri bölüşür. Bu komandalar “Sabah”, “Zirə”, “Şamaxı”, “Sumqayıt” və “Səbail”dir.
Qeyd edək ki, siyahıya 124,000 xala malik “Mançester Siti” başçılıq edir.
- Bilyaletdinov: “Növbəti mərhələ Çerçesov üçün daha ağır olacaq”
- David De Xeadan "Mançester Yunayted" QƏRARI
- Almaniyada kişilərdən ibarət futbol komandasına qadın baş məşqçi təyin edildi
- İspaniya millisinin AVRO-2024 üçün heyəti açıqlanıb
- Rati Ardazişvili: "Aptsiauri “Kəpəz”də Toni Kroos kimi ola bilər, çünki bu cür bacarığı var"