“Liverpul”da yeni müqavilə
06.06.2022 - 17:36
“Liverpul”da vitse-kapitan Ceyms Milnerin taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi “qırmızılar”la müqaviləsini yeniləyib.
İngiltərə millisinin sabiq üzvü maaşının azaldılmasına razılıq verib və başa çatan sözləşməsini daha bir il uzadıb. Premyer Liqa klubunun baş məşqçisi Yurgen Klopp bu anlaşmadan məmnun qaldığını söyləyib. Milner üç klubdan təklif alsa da, ən böyük arzusunun karyerasını hazırkı komandasında başa vurmaq olduğunu açıqlayıb.
Qeyd edək ki, Ceyms Milner ötən mövsüm Premyer Liqada 24 oyuna çıxıb.
- "Sumqayıt"ın evdə keçirdiyi oyunları 72230 tamaşaçı canlı izləyib
- Nazim Hüseynova “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verildi
- Cəlal Hüseynovun komandası son turu qələbə ilə başa vurdu
- “Mançester Yunayted”in əfsanəvi futbolçusu vəfat edib
- Elmar Baxşıyev: “Hakim sərt qərar verdi” - MÜSAHİBƏ
0
0