Azərbaycan Voleybol Federasiyasının (AVF) Hakimlər Komissiyasının tədbirlər proqramına uyğun olaraq yeni hakimlər üçün təşkil olunan üç mərhələli seminarın ikinci mərhələsi keçirilib.
Apasport.az xəbər verir ki, proqramın birinci mərhələsində test imtahanını uğurla keçmiş 23 nəfər ikinci mərhələdə iştirak edib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan seminarı AVF Hakimlər Komissiyasının sədri, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov və sədr müavini, beynəlxalq dərəcəli hakim Zaur Hacıyev açaraq iştirakçıları salamlayıb, Yeni il münasibətilə təbrik edib və onlara uğurlar arzulayıblar.
Seminarın bu mərhələsində voleybol qaydalarının incəlikləri iştirakçılara ətraflı şəkildə izah olunub, onları maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda növbəti test imtahanı keçirilib. Nəticələrə əsasən iştirakçılar seminarın üçüncü mərhələsində iştirak hüququ qazanacaqlar.
Qeyd edək ki, belə seminarların keçirilməsində əsas məqsəd hər il yeni hakimlərin hazırlanması və mövcud kadrların peşəkarlıq səviyyəsinin artırılmasıdır.
- “Kəpəz”in "Zirə" ilə matçda zədələnən futbolçusunun son durumu açıqlanıb
- “Fənərbaxça” qarşısıalınmazdır
- "Nottinqem Forest"in hücumçusu Bundesliqa klubunda
- Adrian Mutu: “Söz verirəm ki, uğur üçün hər matçda 200 faizimizi verməyə hazırıq”
- Ernad Skuliç: "Məncə, Rəşad Sadıqov istədiyinə nail oldu" - Müsahibə