40-cı qələbə
22.12.2023 - 15:09
![40-cı qələbə](https://apasport.az/storage/news/2023/december/22/big/65856d4e6449665856d4e64497170324308665856d4e6449465856d4e64495.jpg)
“Qarabağ” Azərbaycan Kubokunda Qurban Qurbanovun rəhbərliyi altında 40-cı qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, bu, 51 yaşlı mütəxəssisin postundakı 64-cü qarşılaşmasında qeydə alınıb.
Ağdam klubu 1/8 finalın ev matçında MOİK-ə qalib gəlib – 1:0. Xankəndidə keçirilən görüş mütəxəssis üçün yubileylə əlamətdar olub.
Qurbanov 2008-ci ildən çalışdırdığı “Qarabağ”la ilk kubok qələbəsini 2008/09 mövsümündə qazanıb. Ağdamlılar 1/8 finalda “Bakılı”nı evdə 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.
0
0