“Yuventus”un futbolçusu “Çelsi”yə lazım olmadı
05.11.2022 - 16:42
“Çelsi” futbolçusu Denis Zakarianı vaxtından əvvəl geri qaytarmağa qərar verib.
Apasport.az saytının məlumatına görə, “Yuventus”dan icarəyə götürülən yarımmüdafiəçi qışda İtaliya klubuna dönəcək.
25 yaşlı futbolçunun qaytarılmasını baş məşqçi Qrem Potter tələb edib. O, isveçrəlini komandasında saxlamağa ehtiyac görmür.
Qeyd edək ki, Zakaria cari mövsümdə “Çelsi”də keçirdiyi 1 oyunda 1 qol vurub.
- “Qalatasaray”dan mükəmməl başlanğıc: ardıcıl 5-ci qələbə
- “Müasir futbolda zəif rəqib anlayışı yoxdur” - Abbasov millimizə inanır
- Almaniya millisinin yeni formasında 44 nömrə qadağan edilib
- "Baku Open" Beynəlxalq Şahmat Festivalının son turuna start verilib - FOTO
- Braziliya Serbiyanı məğlub etdi - YENİLƏNİB
0
0