![Taekvondo üzrə Azərbaycan çempionatının görüşləri təxirə salınıb](https://apasport.az/storage/news/2024/december/25/big/676c0ffa90bd2676c0ffa90bd31735135226676c0ffa90bc6676c0ffa90bd1.webp)
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubunda taekvondo üzrə yeniyetmə və gənclər arasında ölkə birinciliyi, böyüklər arasında isə Azərbaycan çempionatının dekabrın 26-na təsadüf edən görüşləri matəm günü ilə bağlı təxirə salınıb.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bu gün Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar sabahkı görüşlər dekabrın 27-də baş tutacaq.
Qeyd edək ki, yarışa dekabrın 29-da yekun vurulacaq.