AFFA “İmişli”nin şikayətini təmin etməyib
                    
                    31.10.2025 - 17:44
                        
                     
                    AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “İmişli” klubunun şikayətini təmin etməyib.
Apasport.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Misli Premyer Liqasının IV turunda keçirilmiş “İmişli” – “Sumqayıt” oyununda “İmişli” klubuna qarşı çıxarılan qərar qüvvədə saxlanılıb.
Qərara əsasən, qarşılaşmanın 67-ci dəqiqəsində komandanın heyətində adı oyun protokolunda qeyd olunmayan İbrahim Əliyevin meydana daxil olması səbəbindən “İmişli” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib və klub 5000 manat məbləğində cərimələnib.
- Dünya çempionu şahmatçımız: "Kimsə 1 milyon pul versə..." - Müsahibə
- Ramin Quliyev: "Neftçi" onlardan istifadə etsə, “Qarabağ”a ən azı uduzmayacaq” - MÜSAHİBƏ
- Elvin Məmmədov: “Finalda Avropa komandaları oynayacaq”
- Elmar Baxşıyev: “Komanda bunu dəfələrlə göstərib”
- “Fənərbaxça”dan 10 milyonluq transfer
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
             
                     
                     
                                                                                                 
                                                 
                                                 
                                                