AFFA-nın əməkdaşları UEFA-nın seminarına qatılıblar
15.10.2025 - 11:20

Yunanıstanın paytaxtı Afinada UEFA-nın təşkilatçılığı ilə “Kütləvi futbolda idarəçilik” mövzusunda seminar keçirilir.
Apasport.az xəbər verir ki, 20 ölkənin (Azərbaycan, Yunanıstan, Albaniya, Belçika, Xorvatiya, Danimarka, Estoniya, Farer Adaları, Finlandiya, Fransa, İsrail, İtaliya, Kosovo, Latviya, Malta, Şimali İrlandiya, Portuqaliya, İspaniya, Ukrayna və Uels) qatıldığı seminarda AFFA əməkdaşları – Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və mütəxəssis Ziya Səfərov iştirak edirlər.
Tədbir oktyabrın 16-dək davam edəcək.
0
0