AFFA-nın təşkilatçılığı ilə keçirilən məşqçi kursuna yekun vurulub
07.03.2024 - 16:36
![AFFA-nın təşkilatçılığı ilə keçirilən məşqçi kursuna yekun vurulub](https://apasport.az/storage/news/2024/march/07/big/65e9b1c7617f865e9b1c7617f9170981421565e9b1c7617ed65e9b1c7617f7.jpg)
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən D kateqoriyalı məşqçi kursuna yekun vurulub.
Apasport.az xəbər verir ki, qurumun inzibati binasında keçirilən kurs ümumilikdə 3 gün davam edib.
Tədbirin son günündə iştirakçılara kursu bitirdiklərinə dair müvafiq lisenziyalar təqdim olunub. Lisenziyaları AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə və Dəyanət Əliyev təqdim ediblər.
0
0