AFFA Premyer Liqa klublarını CƏZALANDIRIB
25.11.2026 - 16:08
AFFA Premyer Liqa klublarını CƏZALANDIRIB

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, yığıncaqda aşağıdakı qərarlar qəbul edilib:

20.11.2026-cı il tarixində Misli Premyer Liqasında XII turun “Sumqayıt”– “Sabah” oyununun 33-cü dəqiqəsində “Sumqayıt” komandasının 55 nömrəli futbolçusu Lukas Blek ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Sumqayıt” komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7);

21.11.2026-cı il tarixində Misli Premyer Liqasında XII turun “Şamaxı”– “Turan Tovuz” oyununun ilk hissəsi bitdikdən sonra “Şamaxı” komandasının məşqçisi Araz Bağırov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Şamaxı” komandası 8000 manat cərimə edilsin (maddə 52.3);

21.11.2026-cı il tarixində Misli Premyer Liqasında XII turun “Şamaxı”– “Turan Tovuz” oyununun ilk hissəsi bitdikdən sonra “Turan Tovuz” komandasının məşqçisi Yunis Hüseynov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Turan Tovuz” komandası 8000 manat cərimə edilsin (maddə 52.3);

21.11.2026-cı il tarixində Misli Premyer Liqasında XII turun “Şamaxı”– “Turan Tovuz” oyununun 75-ci dəqiqəsində “Turan Tovuz” komandasının 7 nömrəli futbolçusu Xorxe Silva təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 3 oyun oyuna buraxılmasın, “Turan Tovuz” komandası 3000 manat cərimə edilsin. Sınaq müddəti 6 ay təyin edilsin (maddə 45.1, 19.2);

19.11.2026-cı il tarixində I Liqada VIII turun MOİK – “Səbail” oyununun 75-ci dəqiqəsində “Səbail” komandasının 20 nömrəli futbolçusu Ezekiel Morqan ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Səbail” komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);

20.11.2026-cı il tarixində I Liqada VIII turun “Şimal” – “Zaqatala” oyununun 89-cu dəqiqəsində “Zaqatala” komandasının 70 nömrəli futbolçusu İbrahim Ramazanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Zaqatala” komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);

22.11.2026-cı il tarixində II Liqada XII turun “Ağstafa Gəncləri” – “Hypers” oyununun 88-ci dəqiqəsində “Ağstafa Gəncləri” komandasının 1 nömrəli futbolçusu Elgün Əmiraslanov hakimi təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Ağstafa Gəncləri” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);

22.11.2026-cı il tarixində II Liqada XII turun “Ağstafa Gəncləri” – “Hypers” oyununda “Ağstafa Gəncləri” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

22.11.2026-cı il tarixində II Liqada XII turun “Şirvan” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” komandasında 7 nəfər sarı vərəqə aldığı üçün “Qaradağ Lökbatan” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

23.11.2026-cı il tarixində II Liqada XII turun “Şəmkir” – “Ağdaş” oyununda “Ağdaş” komandasının cəzalı rəsmisi Ruslan Hüseynov hakimlərə təzyiq göstərdiyinə görə cəzasının üzərinə 4 oyun əlavə edilsin, “Ağdaş” komandası 600 manat cərimə edilsin (maddə 52.3);

21.11.2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilmiş Araz Naxçıvan PFK – European FA oyununda Araz Naxçıvan PFK komandasının 17 nömrəli futbolçusu Novruz Novruzlu rəqib komandanın futbolçusuna zərbə endirdiyinə görə təcavüzkar davranış səbəbindən qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın (maddə 45.1);

21.11.2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilmiş Araz Naxçıvan PFK – European FA oyununda Araz Naxçıvan PFK komandasının 34 nömrəli futbolçusu Hüseyn Hüseynli rəqib komandanın futbolçusuna zərbə endirdiyinə görə təcavüzkar davranış səbəbindən qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın (maddə 45.1);

21.11.2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilmiş Araz Naxçıvan PFK – European FA oyununda European Football Academy komandasının 14 nömrəli futbolçusu Məhəmməd Cəfərli rəqib komandanın futbolçusuna zərbə endirdiyinə görə təcavüzkar davranış səbəbindən qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın (maddə 45.1);

21.11.2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilmiş Araz Naxçıvan PFK – European FA oyununda Araz Naxçıvan PFK komandasının 3 nömrəli futbolçusu Amil Ağayev dava hadisəsinə qarışdığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın (maddə 48.2);

21.11.2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilmiş Araz Naxçıvan PFK – European FA oyununda Araz Naxçıvan PFK komandasının 7 nömrəli futbolçusu Ramal Qədəşiyev dava hadisəsinə qarışdığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın (maddə 48.2);

21.11.2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilmiş Araz Naxçıvan PFK – European FA oyununda European Football Academy komandasının 6 nömrəli futbolçusu Natiq Allahverdiyev dava hadisəsinə qarışdığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın (maddə 48.2);

21.11.2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilmiş Araz Naxçıvan PFK – European FA oyununda European Football Academy komandasının 7 nömrəli futbolçusu Rizvan Ağasənov dava hadisəsinə qarışdığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın (maddə 48.2);

21.11.2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilmiş Araz Naxçıvan PFK – European FA oyununda European Football Academy komandasının heyətində çıxış edən 4 nömrəli futbolçu Amir Məmmədov qarşılaşmanın 84-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 17.5);

21.11.2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilmiş Araz Naxçıvan PFK – European FA oyunundan sonra European Football Academy komandasının baş məşqçisi Sənan Hüseynli hakimlərə qarşı qeyri-etik ifadələr işlətdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 5 (beş) oyuna buraxılmasın (maddə 52.4);

22.11.2026-cı il tarixində AFFA U-15 Liqasında keçirilmiş Neftçi PFK – Zirə PFK oyununda Zirə PFK komandasının heyətində çıxış edən 3 nömrəli futbolçu Kərim Hacıyev qarşılaşmanın 69-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 17.5);

21.11.2026-cı il tarixində AFFA U-15 Liqasında keçirilmiş Neftçi İK İB – Araz Naxçıvan PFK oyununda Araz Naxçıvan PFK komandasının heyətində çıxış edən 3 nömrəli futbolçu Şıxəli Məsili qarşılaşmanın 31-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 17.5);

21.11.2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilmiş Alanyaspor Baku – Qafqaz Arena oyununda Qafqaz Arena komandasının heyətində çıxış edən 22 nömrəli futbolçu Şakir Rəşidov qarşılaşmanın 52-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 46);

22.11.2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilmiş Şamaxı FK – İsmayıllı FK oyununda İsmayıllı FK komandasının heyətində çıxış edən 19 nömrəli futbolçu Nahid Məmmədli qarşılaşmanın 38-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 17.5);

22.11.2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilmiş Şamaxı FK – İsmayıllı FK oyununda Şamaxı FK komandasının heyətində çıxış edən 4 nömrəli futbolçu Qərib Qəribli qarşılaşmanın 40-cı dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 46);

22.11.2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilməsi nəzərdə tutulan Sabah FK – Zəfər PFK oyunu Zəfər PFK komandasının oyuna çıxmaqdan imtina etməsi səbəbindən baş tutmadığı üçün və bu hal Liqada 3-cü dəfə təkrarlandığı üçün Zəfər PFK komandası AFFA U-14 Liqasının 2026-2027-ci il mövsümü üçün Liqadan kənarlaşdırılsın, Zəfər PFK komandasının oynadığı bütün oyunların nəticələri ləğv edilsin (maddə 79.3, 79.4);

22.11.2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilmiş Sumqayıt City FK – Məhəllə Uşaqları (Sumqayıt) oyununda Məhəllə Uşaqları (Sumqayıt) komandasının heyətində çıxış edən 6 nömrəli futbolçu Davud Bağırov qarşılaşmanın 40-cı dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 46);

21.11.2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilməsi nəzərdə tutulan Baku Sportinq FK – Loru FK oyunu Baku Sportinq FK komandasının təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmadığı üçün Baku Sportinq FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 79.1);

21.11.2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilmiş Mübariz FA – Sumqayıt B oyunundan sonra Sumqayıt B komandasının rəsmisi Nicat Tağıyev oyunun baş hakimini əli ilə itələdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 5 (beş) oyuna buraxılmasın (maddə 53.3);

26.09.2026-cı il tarixində AFFA U-12 Liqasında keçirilməsi nəzərdə tutulan Mübariz FA – Qartal FK oyunu Qartal FK komandasının təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmadığı üçün Qartal FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 79.1);

14.11.2026-cı il tarixində AFFA U-12 Liqasında keçirilməsi nəzərdə tutulan Qarabağ B – AZART oyunu AZART komandasının təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmadığı üçün AZART komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 79.1);

18.10.2026-cı il tarixində AFFA U-12 Liqasında keçirilmiş Modern FC – Qartal FK oyunu başlayandan sonra Qartal FK komandasının heyətində adı oyun protokolunda qeyd olunmayan futbolçu aşkar edildiyi üçün Qartal FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 49);

22.11.2026-cı il tarixində AFFA U-12 Liqasında keçirilməsi nəzərdə tutulan Mübariz (Binə) – Qartal FK oyunu Qartal FK komandasının təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmadığı üçün Qartal FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 79.1);

21.11.2026-cı il tarixində AFFA U-11 Liqasında keçirilməsi nəzərdə tutulan Universal Football Academy – Fateh Futbol Məktəbi oyunu Fateh Futbol Məktəbi komandasının təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmadığı üçün Fateh Futbol Məktəbi komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 79.1) ;

22.11.2026-cı il tarixində AFFA U-11 Liqasında keçirilməsi nəzərdə tutulan Avey (Ağstafa) – Qazax Gənclər oyunu Qazax Gənclər komandasının heyətində yetərsay olmadığı üçün baş tutmadığı üçün Qazax Gənclər komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 79.1);

21.11.2026-cı il tarixində  Futzal üzrə Azərbaycan Çempionatının Yüksək Liqasında keçirilmiş İmişli FK – Xankəndi MFK oyunununda Xankəndi MFK-ın oyunçusu Fərid Babayev oyunun 17-ci dəqiqəsində aldığı ikinci sarı vərəqəyə görə oyundan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 17.5) ;

22.11.2026-cı il tarixində Futzal üzrə Azərbaycan Çempionatının Birinci Liqasında keçirilmiş Ulduz Bakı – Baku Fire-1 oyunun 39 dəqiqəsində Ulduz Bakı komandasının qapıçısı Ramil Şahbazov rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə birbaşa qırmızı kart ilə cəzalandırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 46);