Azərbaycan cüdoçuları beynəlxalq turnirdə 4 medal qazanıb
18.11.2025 - 18:13
Azərbaycan cüdoçuları Latviyanın paytaxtı Riqada keçirilən Avropa Cüdo Ümidləri Turnirində 4 medal qazanıb.
Apasport.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan turnirdə təmsilçilərimiz 2 qızıl, 1 gümüş və 1 bürünc medala yiyələniblər.
Fəxrim Məhərrəmov (U-13, 46 kq) və Fərhad Quliyev (U-15, 60 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Səccət Tağıyev (U-15, 42 kq) gümüş, Cahid Bayramlı (U-15, -66 kq) isə bürünc mükafata sahib çıxıb.
Turnirdə 20 ölkədən 289 cüdoçu mübarizə aparıb.
- Rusiya Avarçəkmə Federasiyasının prezidenti: "MDB Oyunları gənc idmançılar üçün vacib bir startdır"
- Səfərli liderliyi əldən verdi
- Murad Musayevin istəyi - Rusiya - Azərbaycan oyunu
- Premyer Liqada hakim təyinatları açıqlanıb
- Blind van Qaalın xərçənglə mübarizəsindən danışdı: "Ona görə qalib gəlmək istəyirik"
0
0