AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Apasport.az xəbər verir ki, yığıncaqda Azərbaycan kubokunun 1/8 final mərhələsində yaşananlar müzakirə olunub.
“Turan Tovuz” – “Sabah” oyunu bitdikdən sonra meydan sahiblərinin azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə klub 500 manat cərimə edilib. Azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” daha 1500 manat cərimələnib.
“Kəpəz” – “İmişli” matçında 4 futbolçusu sarı vərəqə alan Gəncə klubu 700 manat ziyana düşüb.
- Piruzi Marvkvaladze: “Neftçi” qarşısındakı üstünlüyü saxlamaq üçün əlimizdən gələni edəcəyik” - MÜSAHİBƏ
- Marandiçi: “Sabah”la oyuna strategiya hazırlamışdıq və o da işə yaradı” - MÜSAHİBƏ
- Basketbol millimiz Avropa Kubokunda mübarizəyə başlayır
- Döyülən hakim meydanlara qayıdır
- Rauf Məmmədov Almaniyada beynəlxalq turnirdə çıxış edəcək