"Araz-Naxçıvan" "Benfika" ilə cavab matçına çıxacaq
05.12.2025 - 09:35
Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində bu gün "Benfika"(Portuqaliya) ilə cavab matçına çıxacaq.
Apasport.az xəbər verir ki, qarşılaşma Portuqaliyanın paytaxtı Lissabondakı "Pavilyao Fidelidade"də, saat 21:30-da start götürəcək.
Görüşü serbiyalı hakimlər - Petar Radoyçiç, Nikola Rabrenoviç və Yasmina Mikoska idarə edəcəklər.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk matçda Portuqaliya təmsilçisi 9:0 hesablı qələbə qazanıb.
- “Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyası 30-a çatdı
- Adrian Mutu: “Hücum oyunçuları öz işlərini gördülər” - MÜSAHİBƏ
- Elvin Yunuszadə: “Heç bir rəqibi rahatlıqla məğlub etmək mümkün deyil”
- Ange Mutsinzi: “Osiyek”ə qarşı cavab oyunu asan olmadı" - Müsahibə
- Taekvondoçularımız Albaniya çempionatından 6 medalla qayıdır
0
0