Qış fasiləsindən maksimum faydalanmağa çalışan “Araz-Naxçıvan” bu gündən təlim-məşq toplanışına başlayıb.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq prosesində istirahətlə əlaqədar ölkəsinə yollanmış legionerlər də iştirak edir.
Yanvarın 12-dək davam edəcək hazırlıq prosesi zamanı futbolçular gün ərzində 2 məşq keçəcəklər. Səhər fitnes zalda çalışacaq komanda üzvləri ikinci hazırlığı stadionda reallaşdıracaq.
Qeyd edək ki, komanda hazırlıq prosesi çərçivəsində 2 yoxlama oyunu keçirəcək. Yanvarın 9-da, saat 15:00-da “Kapital Bank Arena”da “Sumqayıt”la üz-üzə gələcək “qırmızı-ağlar” 2 gün sonra “Səbail”lə gücünü sınayacaq. İkinci matçın məkanı və başlama saatı barədə əlavə məlumat veriləcək.
- Uruqvay millisinin hücumçusu Premyer Liqa yolunda
- Ange Mutsinzi: “Osiyek”ə qarşı cavab oyunu asan olmadı" - Müsahibə
- Qələbələrini Azərbaycana həsr edən türk idmançılar səfirliyimizdə - FOTO
- "Barselona" Levandovskinin gələcəyi ilə bağlı qərar verib
- Yüksək Liqa: I turdan təxirə salınmış oyun keçiriləcək