Asim Xudiyev Konfrans Liqası matçına təyinat alıb
06.08.2024 - 11:24
![Asim Xudiyev Konfrans Liqası matçına təyinat alıb](https://apasport.az/storage/news/2024/august/06/big/66b1cfd26a88f66b1cfd26a890172292910666b1cfd26a88d66b1cfd26a88e.jpg)
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək CFR (Rumıniya) - “Makkabi” (Petah Tikva, İsrail) görüşünün hakim-inspektoru olacaq.
Macarıstanlı baş hakim Tamaş Boqnarın idarə edəcəyi qarşılaşma Kluj-Napoka şəhərində yerləşən “CFR Kluj” stadionunda reallaşacaq.
Qeyd edək ki, görüş avqustun 15-də təşkil olunacaq.
0
0