Atletika yığmamız Krakov-2023-də çıxışını başa vurdu
22.06.2023 - 14:59
![Atletika yığmamız Krakov-2023-də çıxışını başa vurdu](https://apasport.az/storage/news/2023/june/22/big/649429abda5e3649429abda5e41687431595649429abda5e1649429abda5e2.jpg)
Atletika üzrə Azərbaycan yığması Krakov-2023 III Avropa Oyunlarında çıxışını başa vurub.
Apasport.az saytının məlumatına görə, yarış çərçivəsində baş tutan komandalararası Avropa çempionatının III divizionunda çıxış edən millimizin son sınağı estafetdə olub.
4x400 m qarışıq estafetdə yığmamız B qrupunda qüvvəsini sınayıb. Finişə 3 dəqiqə 31,55 saniyəyə çatan təmsilçilərimiz qrupda 2-ci olub. Yığmamız yekunda 7-ci yeri tutub.
Qeyd edək ki, komandanın heyətində Cavid Məmmədov, Lamiyə Vəliyeva, Alim Abdiyev və İlahə Quliyeva yer alıb.
0
0