Azər Məmmədov "Kəpəz"ə qayıdır: Danışıqlar başlayıb
30.08.2025 - 12:42
"Kəpəz"in sabiq baş məşqçisi Azər Məmmədov Gəncə klubuna geri qayıdacaq.
Apasport.az saytına verilən məlumata görə, tərcübəli mütəxəssis bu dəfə bölgə klubuna baş məşqçi postuna deyil, fərqli vəzifəyə təyin edilə bilər.
Əldə etdiyimiz məlumata görə, klub rəhbərliyi Məmmədovun təcrübəsindən bu dəfə texniki direktor kimi istifadə etməyi planlaşdırır.
Hazırda tərəflər arasında danışıqlar gedir.
Yaxın günlərdə Azər Məmmədovun doğma komandasına rəsmi olaraq geridönüşü baş tuta bilər.
"Kəpəz"in veteran futbolçusu və kapitanı iki mövsüm əvvəl bu kluba baş məşqçi təyin edilmişdi.
- "Sabah"ın baş məşqçisi bəlli oldu - RƏSMİ
- Arif Əsədov: "Yerli məşqçilərə güvənmək, vaxt vermək lazımdır"
- İngilislər 62 il sonra İtaliya millisini səfərdə yenməyi bacardı
- Rafiq Hüseynov: “Olimpiya Oyunlarına gedən yol yeniyetmələrdən başlayır”
- Dünya çempionatında iştirak edəcək şahmatçılarımız dəqiqləşdi
0
0