Azərbaycan badmintonçuları "Azerbaijan Junior Open 2026" beynəlxalq turnirində 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.
Apasport.az xəbər verir ki, ilk dəfə "Junior International Series" kateqoriyasında təşkil olunan yarışda 9 ölkədən 64 idmançı mübarizə aparıb.
Kişilərin qoşa yarışında Ülvi Hüseynov – Əmirxan İmanov tandemi finalda ABŞ təmsilçilərinə 2:0 (21:16, 23:21) hesabı ilə qalib gələrək turnirin qızıl medalına yiyələnib.
Qadınların qoşa yarışında Leyla Camalzadə – Yağmur Quliyeva cütü, kişilərin şəxsi yarışında isə Ülvi Hüseynov gümüş medala layiq görülüblər.
Qarışıq qoşa yarışında Əmirxan İmanov – Yağmur Quliyeva cütü bürünc medal əldə edib.
Turnirin ümumi mükafat fondu 5 min ABŞ dolları (8 500 manat) təşkil edib.
Qeyd edək ki, Dünya Badminton Federasiyasının (BWF) rəsmi təqvim planına daxil olan turnirin keçirilməsində əsas məqsəd yeniyetmə və gənc badmintonçuların beynəlxalq yarış təcrübəsinin artırılması, onların peşəkar inkişafına dəstək göstərilməsi və milli komandada rəqabət mühitinin gücləndirilməsidir.
- İngiltərə Kubokunda yarımfinal cütləri müəyyənləşdi
- “Real”da ayrılıq
- “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turnirinin rəsmi açılış mərasimi keçirilib - FOTO
- Bundesliqa: “Verder” səfərdə, “Ayntraxt” evdə qalib gəlib
- Hidayət Heydərov: "Dünya çempionatında yaponiyalı rəqib üzərindəki qələbə ilə anılmaq istəyirəm"