Azərbaycan birinciliyində 362 taekvondoçu mübarizə aparacaq
02.04.2024 - 16:14
![Azərbaycan birinciliyində 362 taekvondoçu mübarizə aparacaq](https://apasport.az/storage/news/2024/april/02/big/660bf70d65deb660bf70d65dec1712060173660bf70d65de9660bf70d65dea.png)
Uşaq taekvondoçular arasında keçiriləcək Azərbaycan birinciliyində 362 idmançı mübarizə aparacaq.
Apasport.az xəbər verir ki, yarışa aprelin 3-də start veriləcək.
Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda üç gün davam edəcək və ilk dəfə təşkil olunacaq birincilikdə 285 oğlan, 77 qız idmançı qüvvəsini sınayacaq.
Həm oğlanlar, həm də qızlar 10 çəki dərəcəsi üzrə qalibləri müəyyənləşdirəcəklər.
0
0