“Araz-Naxçıvan” transfer çalışmalarını davam etdirir.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti açıqlayıb.
Futzal üzrə Çempionlar Liqasında iştirak edəcək təmsilçimiz daha bir legionerin keçidini reallaşdırıb. Azərbaycan çempionu Serbiya millisinin üzvü Lazar Milosavljeviçi heyətinə qatıb.
O, qitəmiqyaslı yarışda təmsilçimizin formasını geyinəcək. 25 yaşlı futzalçının son klubu “Mouvaux Lille Metropole” (Fransa) olub.
Qeyd edək ki, “Araz-Naxçıvan” yay fasiləsi zamanı legionerlərdən braziliyalı Erik Dannilo, serb Ninoslav Aleksiç, Husniddin Nişonov və xorvat qapıçı Luka Pavloviçlə anlaşıb.
- "Tituldan asılı olmayaraq, Mourinyo "Fənərbaxça"da qalmalıdır" - Ali Koç
- DÇ-2026-nın seçmə mərhələsindən imtina
- Mahir Şükürov: “Lap maaş verilməyib, oyuna çıxmamaq futbolçulara yaraşmadı” - Eksklüziv
- "Qalatasaray" afrikalı futbolçu ilə maraqlanır
- "Mançester Yunayted" "Everton"un 2 futbolçusu ilə maraqlanır