Millimizin oyununda sloveniyalı hakimlər
19.08.2023 - 10:02
![Millimizin oyununda sloveniyalı hakimlər](https://apasport.az/storage/news/2023/august/19/big/64e05b1a26eef64e05b1a26ef0169242498664e05b1a26eed64e05b1a26eee.jpg)
DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində keçiriləcək Rumıniya - Azərbaycan oyununa təyinatlar açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti açıqlayıb.
Sentyabrın 15-də baş tutacaq görüşü Sloveniyadan olan ədalət təmsilçiləri idarə edəcək. Matça Admir Zahoviç, Aleş Mocnik Peric və Dejan Veselic təyinat alıb.
Angelo Galante (İtaliya) qarşılaşmanın hakim-inspektoru olacaq. UEFA nümayəndəsi vəzifəsini Zoran Dimic (Serbiya) yerinə yetirəcək.
Qeyd edək ki, Romeo İamandidə təşkil olunacaq oyun saat 19:30-da başlayacaq.
0
0