“Milan”ın baş məşqçisi Ruben Amorim “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeşi heyətində görmək istəyir.
Apasport.az xəbər verir ki, bu barədə “Calciomercato” məlumat yayıb.
Portuqaliyalı mütəxəssis həmyerlisinin transferində maraqlıdır.
Məlumata görə, 32 yaşlı futbolçunun müqaviləsində 65 milyon avroluq sərbəstqalma maddəsi var.
Amorim əvvəllər “Mançester Yunayted”də çalışdığı üçün Bruno Fernandesin oyun keyfiyyətlərinə yaxından bələddir.
Fernandeşin illik 10,2 milyon avroluq xalis maaşı transferin qarşısındakı əsas maneələrdən biridir.
Futbolçunun “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin yayında başa çatır və daha bir mövsüm uzadıla bilər.