Azərbaycan - İsveç matçının hakimləri açıqlandı
30.11.2024 - 14:40
![Azərbaycan - İsveç matçının hakimləri açıqlandı](https://apasport.az/storage/news/2024/november/30/big/674aebc437d32674aebc437d331732963268674aebc437d28674aebc437d31.jpg)
Futzal üzrə Azərbaycan millisinin AVRO-2026-nın əsas mərhələsi çərçivəsində dekabrın 17-də İsveç yığması ilə keçirəcəyi oyuna təyinat açıqlanıb.
Apasport.az xəbər verir ki, Bakı İdman Sarayında saat 20:00-da baş tutacaq matçda ədaləti Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.
Görüşün birinci hakimi Aslan Qalayev, ikinci hakimi Turekhan Tursumbayev, üçüncü hakimi isə Nurlybek Kalimaganbetov olacaq.
0
0