Azərbaycan liqalarında "transfer pəncərəsi"nin müddəti uzadılıb
23.09.2024 - 15:52
![Azərbaycan liqalarında "transfer pəncərəsi"nin müddəti uzadılıb](https://apasport.az/storage/news/2024/september/23/big/66f156cab983966f156cab983a172709242666f156cab983766f156cab9838.jpeg)
Azərbaycanın futzal üzrə Yüksək və I Liqalarında yay "transfer pəncərəsi”nin müddəti uzadılıb.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
İştirakçı komandalar heyətə qatdıqları yeni oyunçuları oktyabrın 10-u, saat 23:59-dək qeydiyyatdan keçirə bilərlər.
Qeyd edək ki, yay "transfer pəncərəsi"nin müddəti daha əvvəl sentyabrın 20-nə qədər idi.
0
0