Azərbaycan millisi FIFA reytinqində irəliləyib
28.11.2024 - 19:19
![Azərbaycan millisi FIFA reytinqində irəliləyib](https://apasport.az/storage/news/2024/november/28/big/674875e90da7a674875e90da7b1732802025674875e90da71674875e90da79.jpg)
Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv 1158,7 xalla 117-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, siyahıya dünya çempionu Argentina (1883,5) başçılıq edir. Fransa (1859,85) ikinci, İspaniya (1844,33) üçüncüdür.
0
0