Azərbaycan millisinin Avropa çempionatının 2025/2026 mövsümünün II raundundakı rəqibləri müəyyənləşib
11.12.2025 - 14:18
Azərbaycan millisinin Avropa çempionatının 2025/2026 mövsümünün II raundundakı rəqibləri müəyyənləşib

17 yaşadək qadın futbolçulardan ibarət Avropa çempionatının 2025/2026 mövsümünün II raundunun püşkatma mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, tədbirdə Azərbaycan millisinin rəqibləri də müəyyənləşib.

Komanda B Liqasının 3-cü qrupunda Belçika, Sloveniya və Farer adaları yığmaları ilə mübarizə aparacaq.