Emiliya-Romanyada (İtaliya) keçirilən «Ironman» status turniri Azərbaycan triatlonu üçün tarixi nəticə ilə əlamətdar olub.
Triatlon Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda 14 idmançımız iştirak edib.
Onlardan ən yaxşı nəticəni “Triterra” klubunun təmsilçisi Teymur Fərəcov göstərib. O, “dəmir məsafəni” Azərbaycan triatlonçuları üçün rekord müddətdə qət edib. Fərəcov finişə çatmaq üçün 10 saat 12 dəqiqə 8 saniyə vaxt sərf edib. Bu, Ironman turnirlərində iştirak edən idmançılarımız üçün yeni nailiyyətdir.
Texniki nəticələrə gəlincə, Teymur 40-44 yaş kateqoriyası üzrə iştirakçılar arasında 87-ci yeri tutub.
Qeyd edək ki, yarış çətin şəraitdə keçirilib. Əlverişsiz hava şəraiti ilə əlaqədar təşkilatçılar startı bir gün təxirə salmağa məcbur olublar.
- Branimir Subaşiç: "Bu cür nəticə heç kimə xoş deyil"
- Ronaldodan 50-ci qol
- Adrian Mutu: “Söz verirəm ki, uğur üçün hər matçda 200 faizimizi verməyə hazırıq”
- “Neftçi” və “Qəbələ”nin fərqli şakəri, “Qarabağ”la “Zirə”də nisbi tarazlıq
- Riçard Almeyda və Adama Diakabi ölkə kubokunun finalından sonra "Qarabağ"dan ayrılacaqlar