![Azərbaycanda oyun alverinə görə 4 futbolçu saxlanıldı – SON DƏQİQƏ](https://apasport.az/storage/news/2023/january/11/big/63be8d43dccff63be8d43dcd00167343238763be8d43dccfd63be8d43dccfe.jpg)
I Divizionun bəzi komandalarında tezliklə rəhbərlik və baş məşqçi səviyyəsində dəyişiklik olacaq.
Apasport.az xəbər verir ki, bu barədə “sportinfo” AFFA-dan informasiya əldə edib.
Bildirilir ki, bu, UEFA-dan gələn siqnallara əsaslanır. Avropa futbol qurumundan Azərbaycan çempionatının aşağı dəstəsində oyun alqı-satqısına dair şübhələrin olmasına dair federasiyaya bir neçə sirkulyar məktub gəlib. Burada cari mövsümün nəticəsi şübhə doğuran bir neçə oyunundan bəhs edilib.
Bundan hərəkətə keçən AFFA hüquq-mühafizə orqanları ilə birgə araşdırmalara start verib. Dörd futbolçu saxlanılıb. Həmçinin bir neçə məşqçi və funksionerdən izahat alınıb.