Azərbaycanın 5 hakimi beynəlxalq kateqoriya ilə təltif olunub
13.02.2025 - 19:27
![Azərbaycanın 5 hakimi beynəlxalq kateqoriya ilə təltif olunub](https://apasport.az/storage/news/2025/february/13/big/67ae0fc229af067ae0fc229af1173946054667ae0fc229ae567ae0fc229aef.png)
Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən beynəlxalq hakimlik kursları keçirilib.
Apasport.az xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan tədbirdə akrobatika gimnastikası üzrə Azərbaycan hakimləri də iştirak ediblər.
Kurslarda 5 ədalət təmsilçimiz müxtəlif kateqoriyalara yiyələnib.
İradə Qurbanova, Abdulla Əl-Məşayxi və Leyla Əliyeva 3-cü kateqoriyaya sahib çıxıb. Lalə Abdullayeva və Aynur Yusufova 4-cü kateqoriya alıb.
Qeyd edək ki, kurslar 2025-28-ci illəri əhatə edən tsikl üçün nəzərdə tutulub.
0
0