
Ukraynanı təmsil edən Azərbaycan əsilli boksçu Elmir Nəbiyev Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.
Apasport.az saytının məlumatına görə, 54 kq çəki dərəcəsində mübarizə aparan soydaşımız ilk qarşılaşmasında yerli Canik Sahakyanla üz-üzə gəlib.
Gərgin keçən döyüşdən Nəbiyev qalib ayrılıb. O, İrəvanda erməni rəqibini 3:2 (29:28, 28:29, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edərək, mərhələ adlayıb.
Qeyd edək ki, Elmir Nəbiyev Xorvatiyanın Poreç şəhərində keçirilən U-22-lər arasında son Avropa çempionatının yarımfinalında yığmamızın üzvü Ruslan Qədirovla qarşılaşıb və Azərbaycan boksçusu finala yüksəlib.
- Dövlət başçısı: İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilir
- Boksçularımızın 2022-ci ildə beynəlxalq yarışda qazandığı medalların sayı açıqlandı
- "Arsenal" çempionluq yolunda vacib xal itirdi
- Elçin Səmədli Türkiyə millisinin matçında
- "Yuventus" Rabyonu satmağa hazırdır: qiymət qoydu