Azərbaycanın qadınlardan ibarət “Turan” komandası bu gün voleybol üzrə CEV Çempionlar Liqasının ikinci təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, Tovuz təmsilçisi Xorvatiyanın “Mladost Zaqreb” klubu ilə səfərdə qarşılaşacaq.
Zaqrebdə keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Komandalar arasında oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində baş tutan ilk oyunda “Turan” 3:0 hesabı ilə qalib gəlib. Həmin qarşılaşmada setlər 25:20, 25:16 və 25:16 hesabları ilə başa çatıb.
Azərbaycan təmsilçisi növbəti mərhələyə yüksələrsə, Bolqarıstanın “Maritsa Plovdiv” komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, görüş “CBC Sport” telekanalında canlı yayımlanacaq.
- Bellinqem “9”a çatdı
- Qurban Qurbanov: “Onların yaxşı formada olması, oyunumuzu asanlaşdıra bilərdi” - MÜSAHİBƏ
- Taekvondo üzrə Azərbaycan yığması Avropa çempionatında ikinci oldu - FOTO
- “Neftçi” Super Liqa klubu ilə heç-heçə etdi - YENİLƏNİB
- Şübhəli qutu “Tuluza” – “Nant” oyununun startını gecikdirdi