Bellinqem “9”a çatdı
18.10.2023 - 17:50
![Bellinqem “9”a çatdı](https://apasport.az/storage/news/2023/october/18/big/652fbf5b9e8cb652fbf5b9e8cc1697627995652fbf5b9e8c9652fbf5b9e8ca.png)
İngiltərə millisinin və “Real”ın futbolçusu Cud Bellinqem cari mövsümdə 9-cu dəfə matçın oyunçusu seçilib.
Apasport.az xəbər verir ki, Madrid “Real”ının ingiltərəli ulduzu AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilən İngiltərə - İtaliya (3:1) oyununda bu mükafatı alıb.
Bununla da yarımmüdafiəçi mövsüm ərzində bu ada ən çox layiq görülən futbolçu olub. Cud meydana çıxdığı 13 görüşün 9-da ən yaxşı seçilib.
Qeyd edək ki, 20 yaşlı futbolçunun hazırki dəyəri 150 milyon avro qiymətləndirilir.
0
0