"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo sabiq klubu “Yuventus”dan ona ödənilməyən 19,5 milyon avro maaşını tələb edir.
Apasport.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. Bilirilib ki, bu tələb İtaliya klubunu təəccübləndirib. Çünki Turin təmsilçisi 38 yaşlı hücumçunun 2021-ci ilin yayında “Mançester Yunayted”ə gedərkən maaşdan imtina etdiyini düşünüb. Portuqaliyalı futbolçu özü isə bunu inkar edir.
Dünən Ronaldonun vəkilləri, futbolçunun klubun 2020-ci il üçün 19,5 milyon borcu olması bağlı arbitrajda yekun qeydlərini təqdim edib.
Hər iki tərəf yekun təqdimatlarını təqdim etdikdən sonra Arbitraj Komissiyasının aprel ayına təyin edilmiş qərarına qədər yalnız bir əlavə dinləmə keçiriləcək.
- “Sea Breeze 2026”da bürünc medalın sahibi müəyyənləşib
- Miodraq Bojoviç: "Neftçi" hər zaman yuxarı pillələri hәdәflәyir"
- Mundiallar tarixinin ən bol qollu oyunları - SİYAHI
- Anatoli Banişevskinin anadan olmasının 80 illik yubileyi münasibətilə xatirə turniri keçirilib
- Barışdan dubl, “Qalatasaray”dan qələbə