Azərbaycanlı idmançının döyüşü dünyanın vacib yarışlarından biridir
08.02.2023 - 22:19
![Azərbaycanlı idmançının döyüşü dünyanın vacib yarışlarından biridir](https://apasport.az/storage/news/2023/february/08/big/63e3edbb0bf7c63e3edbb0bf7d167588191563e3edbb0bf7963e3edbb0bf7b.jpg)
UFC-nin 2023-cü ildə vacib döyüşləri açıqlanıb.
Apasport.az xəbər verir ki, bunlar arasında azərbaycanlı MMA idmançısı Rafael Fiziyevin amerikalı Castin Qeyci ilə döyüşü də var.
Qeyd edək ki, bu döyüş martın 18-də keçiriləcək. Dünya reytinqində yüngül çəkidə 6-cı olan Rafael Fiziyevin 3-cü olan Castin Qeyci ilə döyüşü UFC-286 turniri çərçivəsində Londonun "O2 Arena"sında baş tutacaq.
0
0