Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyi davam edir.
Apasport.az saytının məlumatına görə, yarışın üçüncü günündə Azərbaycan yığmasının üzvü Banuçiçək Nəsirli 1/4 final mərhələsi çərçivəsində italiyalı Liparulo Anna de Donato ilə qarşılaşıb.
44 kq çəki dərəcəsində mübarizə aparan boksçu ikinci raundda tam üstünlüklə qələbə qazanıb. O, yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.
Nəsirli növbəti döyüşündə irlandiyalı Crinnion Lauren Doerti üz-üzə gələcək. Qarşılaşma avqustun 18-də olacaq.
Qeyd edək ki, Avropa birinciliyində 28 ölkədən 378 idmançı mübarizə aparır.
- Millimizin baş məşqçisi: “Bu qalibiyyət münasibətilə Azərbaycan xalqını təbrik edirəm”
- Ten Haqdan Ronaldoya cavab: “Səni komandada görmək istəmirəm”
- Ronaldo: "Unutmayın ki, çempionu məğlub edən yeganə komanda Səudiyyə Ərəbistanıdır"
- “Atalanta”dan heç-heçə, “Bolonya” qələbə qazanıb
- “Fənər”dən Tuta həmləsi