Beynəlxalq Padel Kuboku start götürüb - FOTO
02.08.2025 - 20:13
Azərbaycan Tennis və Padel Federasiyasının təşkilatçılığı ilə "Crocus Fitness Sea Breeze" Beynəlxalq Padel Kuboku start götürüb.
Apasport.az xəbər verir ki, açılış mərasimində iştirak edən federasiya rəsmiləri idmançılara uğurlar arzulayıb, padelin Azərbaycanda sürətli inkişafından danışıblar.
İlk yarış avqustun 3-ə qədər, ikinci turnir isə 5-dən 7-dək davam edəcək. Beynəlxalq mübarizədə Azərbaycanla yanaşı İtaliya, Moldova, Türkiyə, Gürcüstan, Latviya, Sudan, Ukrayna, İsrail, Qazaxıstandan olan idmançılar iştirak edir.
Qeyd edək ki, turnirdə 36 padelçi medallar uğrunda yarışır.
- Azərbaycan nümayəndələri Etnosport Forumunda iştirak ediblər
- “Neftçi” evdə "Sumqayıt"la bacarmadı - YENİLƏNİB
- Əvəzedicilər liqasında VII turun təyinatları açıqlandı
- Vaqif Cavadov: "Ümid edirəm, belə bir sima Azərbaycan futboluna rəng qatacaq"
- Türkiyəli hakimdən mərc oyunlarıyla bağlı açıqlama: ÜZVLÜYÜM BELƏ YOXDUR
0
0