Birinci Liqa: “Zaqatala” Evdə, MOİK səfərdə qalib gəldi - YENİLƏNİB
09.05.2025 - 19:11
Birinci Liqa: “Zaqatala” Evdə, MOİK səfərdə qalib gəldi - YENİLƏNİB

Bu gün Azərbaycan Birinci Liqasında XXV tura yekun vurulub.

Apasport.az xəbər verir ki, sonuncu oyun gününə 3 matç keçirilib.

Autsayder "Qaradağ Lökbatan" 6-cı yerdəki MOİK-lə qarşılaşıb. Görüşün taleyini 1 qol həll edib. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

3-cü sıradakı "Karvan" 4-cü pillədəki "Zaqatala" ilə üz-üzə gəlib. Ev sahibləri rəqibi i 3 cavabsız qolla məğlub etməyi bacarıb - 3:0.

Birinci Liqa

XXV tur

9 may 

17:00. “Qaradağ Lökbatan” – MOİK 0:1

Hakimlər: Rauf Cabarov, Orxan İbişov, Sənan Atayev, Emin Əliyev

Lökbatan OİK stadionu

17:00. “Zaqatala” – “Karvan” 3:0

Hakimlər: Murad Səlimov, Elman Kərimov, Elmin Süleymanov, İslam Məmmədov

Zaqatala OİK stadionu

17:00. “Mingəçevir” – “İmişli” 0:0

Hakimlər: Nicat İsmayıllı, Mirnihad Seyidov, Asif Abdullayev, Niyaz Əhmədov

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)